Bu zavodun direktoru dəyişibbackend

Bu zavodun direktoru dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.

O, həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.