Buçadakı qətliamın görüntüləri yayıldı – VİDEObackend

Buçadakı qətliamın görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Buça şəhərində törətdiyi qətliamın yeni görüntüləri üzə çıxıb.

NOCOMMENT xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri məlumat yayıb.

Görüntülərdə 8 ukraynalı sakinin rus hərçilər tərəfindən girov saxlanılması anı əks olunub. Videonun 4 mart tarixində çəkildiyi bildirilir.

Nəşrin yaydığı məlumata görə, həmin 8 mülki şəxs video çəkilişdən sonra amansızlıqla qətlə yetiriliblər.

Qeyd edək ki, Rusiya qoşunlarının hücumları nəticəsində Buçada 400-dən çox mülki sakin öldürülüb. Ukrayna tərəfi Rusiyanın törətdiyi qətliamı soyqırımı kimi qiymətləndirib. Moskva isə iddiaları rədd edərək, Buçada qətliam törətmədiklərini bildirib.