Macarıstan Ukraynada zorakı səfərbərlik nəticəsində bir macar vətəndaşının öldürülməsi ilə əlaqədar Ukrayna Müdafiə Nazirliyinin üç əməkdaşına qarşı Aİ tərəfindən sanksiyalar tətbiq olunmasını tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün YouTube kanalında bildirib.
“Ukraynada zorakı səfərbərliyin təşkilinə görə Müdafiə Nazirliyinin üç əməkdaşının və hərbi rəhbərliyin məsuliyyətə cəlb olunmasını tələb edirik”, – deyə o vurğulayıb.