Builki həccin görüntüləri hamını təəccübləndirib – FOTO/VİDEObackend

Builki həccin görüntüləri hamını təəccübləndirib – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti başlayıb.

NOCOMMENT ərəb mediasına istinadən xəbər verir ki, Müqəddəs torpaqlarda bu gün Həcc ayının 8-i olduğu üçün zəvvarlar Mina çölünə səfərə başlayıblar. Sabah isə Qurban bayramının ərəfəsi – Ərəfə günü qeyd olunacaq.

Qeyd edək ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır, xaricdən ziyarətçilər qəbul edilməyib.

Bu səbəbdən müqəddəs məkan boşdur. Agentliklərin yaydığı video və fotolarda Məkkə məscidinin seyrəkliyi hamını təəccübləndirib.