Bukingem sarayı Efiopiya şahzadəsinin cəsədini qaytarmaqdan imtina etdibackend

Bukingem sarayı Efiopiya şahzadəsinin cəsədini qaytarmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bukinqem sarayı 19-cu əsrdə Vindzor qəsrində dəfn edilən Efiopiya şahzadəsinin cənazəsini Efiopiyaya qaytarmaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, 1868-ci ildə hələ 7 yaşında ikən İngiltərəyə gətirilən və anasını səyahət zamanı itirdiyi üçün 10 il Britaniya kral ailəsi tərəfindən böyüdülən Efiopiya şahzadəsi Alemayehunun cənazəsinin Efiopiyaya qaytarılması tələbi irəli sürülüb.

Bukinqem Sarayından verilən açıqlamada, şahzadənin cəsədinin çıxarılmasının Vindsor qalasında basdırılan digər cəsədlərə təsir edə biləcəyi və bu səbəbdən cəsədin olduğu yerdən çıxarılmasının mümkün olmadığı bildirilib.

Açıqlamada Şahzadə Alemayehunun dəfn mərasiminə hörmətlə yanaşıldığı bildirilib.

NOCOMMENT.AZ