Bukingem Sarayından “Netflix”ə XƏBƏRDARLIQ – FOTObackend

Bukingem Sarayından “Netflix”ə XƏBƏRDARLIQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kral ailəsindən bəhs edən “The Crown” serialının yeni mövsümü Bukingem sarayında narahatlıq yaradıb. Şahzadə Çarlz və Şahzadə Diananın münasibətlərinin təlatümlü dövrlərinə diqqət çəkən serialın yeni bölümləri efirə çıxmadan öncə Bukingem Sarayı hərəkətə keçib. Saray rəsmiləri kraliça Elizabetdən sonra taxta çıxan Kral Çarlzın serialın yeni mövsümündən sonrakı seriyalarına hiddətlənə biləcəyi ehtimalını nəzərdən keçirir.

NOCOMMENT.az xarici mətbuata istinadən bildirir ki, krallığa yaxın mənbələrdən alınan məlumata görə, Saray Netflix platformasından yayımın əvvəlinə “Bu bədii serialdır, sənədli film deyil” xəbərdarlığını qoymasını istəyib.

Kral Çarlzın adı açıqlanmayan yaxın dostunun da bu ifadələrdən istifadə etdiyi bildirilib:

“Netflix insanların reputasiyasını ləkələməkdən çəkinmir. İnsanların unudur ki, bu filmlər real insanlardan, real həyatlardan bəhs edir”.

Britaniya hökuməti platformadan 2020-ci ildə “The Crown”a oxşar xəbərdarlıq etməyi xahiş etmişdi. Bununla belə, platforma rəhbərliyi “Bizim izləyicilərimizin uydurma ilə faktı ayırd edəcək qədər ağıllı olduğunu düşünürük” deyərək tələbi rədd ediblər.

Serialda Şahzadə Çarlzın Diana ilə evli ikən indiki həyat yoldaşı Kamilla ilə yaşadığı sevginin təfərrüatlarına girilməsi və boşanma prosesindəki problemli dövrün Diana üzərində qurulacağı gözlənilir.

Şahzadə Çarlz və Kamilla 2005-ci ildə evləniblər. 1997-ci ildə yol qəzası nəticəsində dünyasını dəyişən şahzadə Diana kraliçaya :“Nə edəcəyimi bilmirəm. Çarlz ümidsiz bir vəziyyət olduğunu söylədi”-deyərək bu cavabın onda travma yaratdığını bildirib.


Sfera