Bukmeker kontorları Harrisin seçkilərdə qalib gəlmək şansını artırıbbackend

Bukmeker kontorları Harrisin seçkilərdə qalib gəlmək şansını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Kamala Harris və Respublikaçı Donald Tramp arasında keçirilən ilk teledebatdan sonra bir sıra aparıcı bukmeker kontorlarının fikrincə, məmurun qalib gəlmək şansı artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

İyirmi bukmeker şirkəti Harrisin qələbəsi üçün əmsallarını aşağı salıb. Çərşənbə axşamı günü debatdan əvvəl Bet 365, Sky Bet və Paddy Power-a görə Harrisin noyabrda qalib gəlmək şansı 1/1 (50%) idi.

“Lakin çərşənbə günü səhər onun əmsalı “Bet 365″də 4/5 (55,6%), “Sky Bet”də 10/11 (52,4%) və “Paddy Power”da 5/6 (54,5%) artıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.