Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.
NOCOMMENT.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Report-a açıqlaması belə olub:
“Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.