Buludlar antibiotiklərə davamlı bakteriyaları saxlaya bilirbackend

Buludlar antibiotiklərə davamlı bakteriyaları saxlaya bilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər maraqlı bir nəticəyə gəliblər. Tədqiqat buludların antibiotiklərə davamlı bakteriyaları uzun məsafələrə daşıya biləcəyini ortaya qoydu. Mütəxəssislərin fikrincə, bu bakteriyaların insanlara yoluxma ehtimalı çox aşağıdır.

NOCOMMENT xəbər verir ki, Kranali və fransız tədqiqatçılarının nəticələri beynəlxalq elmi jurnalda dərc edilən araşdırmaya görə buludlar antibiotiklərə davamlı bakteriyaları saxlaya və onları uzun məsafələrə daşıya bilər.

Tədqiqat üçün dəniz səviyyəsindən 1465 metr yüksəklikdəki buludlardan nümunələr toplanıb.

Analizdə bir mililitr bulud suyunda orta hesabla 8000 bakteriya olduğu anlaşıldı.

Bu bakteriyalarda antibiotiklərə davamlı genlərin 29 alt növü müəyyən edilmişdir.

Alimlər bitki örtüyünün səthində və ya torpaqda yaşayan bakteriyaların küləklə atmosferə daşınaraq yüksək hündürlüklərə qalxdığını izah ediblər.

Mütəxəssislərin fikrincə, bu bakteriyaların 50 faizə qədəri canlıdır və insan sağlamlığına zərər vermə ehtimalı yoxdur.

Bakteriyalar müəyyən bir antibiotik qrupuna uzun müddət məruz qaldıqda antibiotiklərə qarşı müqavimət yaranır.

Bakteriyalara təsirini itirən antibiotiklər funksiyasını itirir və xəstələrin sağalma müddəti uzanır.

Mütəxəssislər antibiotik müqavimətinin qarşısını almaq üçün lazımsız antibiotik istifadəsindən çəkinməyi tövsiyə edirlər.