Bulvarda nələr baş verir? – VİDEObackend

Bulvarda nələr baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deməli, Dənizkənarı Bulvar İdarəsi park ərazisində çəkiliş etməyə icazə vermirmiş. Media nümayəndələri isə ümumiyyətlə, çəkiliş etmək üçün park rəhbərliyindən icazə almalı imiş. Sən demə, jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalırmış.

NOCOMMENT Globalinfo-ya istinadən təqdim edir.

Görəsən, Dənizkənarı Bulvar İdarəsinə kim ixtiyar verib ki, belə bir qadağa tətbiq etsin? Qurumun belə bir qadağanı tətbiq etmək səlahiyyəti varmı? Hansı əsasla özlərindən “karantin rejimi” uydurub tətbiq edir?

Əvvəla, qeyd edim ki, video və foto çəkilişi aparmaq xarakterinə görə özünüifadə aktıdır. Yəni video və foto çəkən şəxs dövlətin ona verdiyi ifadə azadlığı hüququndan istifadə etmiş olur. Azərbaycanda ifadə azadlığı isə yerli qanunvericiliklə qorunur. Konstitusiyanın 47-ci və 50-ci maddələrində bu məsələ öz əksini tapıb.

Yəni Dənizkənarı Bulvar İdarəsi park ərazisində media nümayəndələrinə çəkiliş etməyə qadağa qoyaraq faktiki olaraq dövlətin ifadə azadlığına müdaxilə etmiş olur.
Təbii ki, bir də məsələnin beynəlxalq qanunvericilik tərəfi var. Belə ki, Azərbaycana gələn turist Bakı Bulvarında kamera ilə çəkiliş etmək istəsə, park əməkdaşları çəkilişə icazə verməyəcəklər.

Konstitusiyanın 12-ci maddəsində isə qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq olunmalıdır. Azərbaycanın tərəfdar çıxdığı ən önəmli beynəlxalq müqavilələrdən biri Avropa İnsan Haqları Konvensiyasıdır. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya edib. Yəni Dənizkənarı Bulvar İdarəsi həm də beynəlxalq qanunvericiliyi pozur.