Almaniya üçün Alternativ Partiyasından Bundestaqın üzvü Şteffen Kotre Almaniyanın Rusiya ilə müharibə aparmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Eyni zamanda o, Almaniyanın xarici işlər naziri Annalena Barbokun misal çəkərək bəzi siyasətçilərin Rusiyaya hücum etmək istədiyini vurğulayıb.
“Xarici işlər naziri dedi ki, biz Rusiya ilə müharibə vəziyyətindəyik. Bu, dəhşətlidir, bu, böyük yalandır”, – RİA Novosti deputatdan sitat gətirir.
Onun sözlərinə görə, belə bir vəziyyətdə hər hansı eskalasiya arzuolunmazdır.
Yayda Barbok Rusiyanı Avropa üçün ən böyük təhlükə adlandırmışdı.
Bundan əlavə, o bildirib ki, Avropanın Rusiyaya görə daha etibarlı müdafiəyə ehtiyacı var və buna görə də ABŞ-ın yeni raketlərindən imtina etmək sadəlövhlük olardı.