Bundestaqının sabiq sədri vəfat etdibackend

Bundestaqının sabiq sədri vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamentinin – Bundestaqın sabiq sədri Rita Züssmut vəfat edib. Xristian Demokratlar İttifaqının (CDU) üzvü olan siyasətçi 88 yaşında dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə parlamentin hazırkı sədri Yuliya Klökner X platformasında məlumat verib.

R.Züssmut 1987-2002-ci illərdə Almaniya Bundestaqının üzvü olub. O, on il ərzində – 1988-1998-ci illərdə isə parlamentin sədri vəzifəsini icra edib. R.Züssmut 1985-1988-ci illərdə Kansler Helmut Kolun rəhbərlik etdiyi hökumətdə ailə məsələləri, yaşlılar, qadınlar və gənclər naziri vəzifəsində fəaliyyət göstərib. /Unikal/