“Bunu desəm, üstümə qalxacaqlar…” – Vaqif Qarayevdən AÇIQLAMAbackend

“Bunu desəm, üstümə qalxacaqlar…” – Vaqif Qarayevdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqlara qazlı, rəngli, energetik içkilər son dərəcə ziyandır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Həkim bildirib ki, istənilən uşağın əlində rəngli və energetik içkilər var və bu sağlamlıq üçün çox təhlükəlidir:

“Mən qadağandır deməklə, heç kim mənim sözümə əməl edən deyil. Çünki burada milyardlar var. Dəfələrlə sosial şəbəkələrdə “cola”, “fanta” və s. bu kimi ziyanlı içkilərlə bağlı paylaşımlar edilir. Lakin onları tənzifdən keçirəndə nə qədər dibində çöküntü olduğunu görmək olar. Bu aydındır ki, onun tərkibinə nələrsə qatılıb. Siz çöküntülü bir şey içə bilərsiz? Biz də bilmirik o çöküntü nədir. Amma sən bu barədə yazssan hamı üstümə düşəcək ki, yalan deyir, fakt göstərsin”.

Pediatr bildirib ki, rəngli, qazlı, energetik içkilər qəti qadağandır:

“Bu, tibbi baxımdan yolverilməzdir. Ümumiyyətlə, qida təhlükəsizliyi ilə bağlı dünyada son dərəcə balans pozulub. Tək bizdə yox, bütün dünyada bu belədir. Avropada da ümumiyyətlə organik məhsullar yoxdur, hamısı gemodur. Azərbaycanda sovet dövründə yay aylarında pomidor o qədər çox olurdu ki, küçələrə tökülürdü. Amma biz indi il boyu parnik pomidor yeyirik. Hətta, yayın ortasında belə biz parnik pomidorları yeyirik. Mən bunu soruşmuşam cavabında isə mənə, siz deyən pomidorun toxumu artıq gəlmir deyiblər. Çiyələk mövsümündə baxın onun görüntüsü çiyələyə oxşuyur, elə bil hamısı rəssam əli ilə çəkilib, eyni formada, ölçüdə. Təbiət heç bir zaman onları eyni formada yetişdirə bilməz. Biz isə həmin parnik çiyələyini uşaqlara veririk, həm mədə-bağırsağı pozulur, həm də ki allergiyası olur. Azərbaycanda təbii yetişən meyvələr var. Məsələn baxıram ki, bazarda, küçədə alma par-parıldayır, üstünü də nəsə çəkirlər ki, uzunmüddət qalsın. Təbii alma niyə parıldamalıdır? Ona uzunmüddət belə parlaq qalması üçün nələrsə çəkirlər. Durub desəm ki, bu da ciddi məsələdir, üstümə qalxacaqlar ki, sənin onunla nə işin var”.