Bunu etsək, Araikin başına torba keçirib Bakıya gətirə bilərikbackend

Bunu etsək, Araikin başına torba keçirib Bakıya gətirə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın məlum çıxışından sonra separatçı rejimin rəhbəri Araik Arutyunyanın iddialı bəyanatları son günlər ölkə gündəmini zəbt etməkdədir. İrəvanla paralel Bakıya da barmaq silkələyən separaçtı lider cəmiyyətin əsəbini tarıma çəkməklə məşğuldur.

Belə ki, qondarma rejimin rəhbəri sərsəm bəyanatlarla çıxış edərək bildirib ki, guya Azərbaycannın Qarabağ münaqişəsinin həllində hesablaşmalı olduğu tərəf Ermənistan yox, qondarma Artsax olmalıdır.

Analoji bəyanatla çıxış edən separatçıların sözdə xarici işlər naziri David Babayan da bölücü həmkarları ilə həmfikirdir. O da öz növbəsində guya “müstəqil Artsax”ın heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacağını söyləyib.

Onu da qeyd edək ki, son hadisələrdən sonra Arayikin həbs edilib Azərbaycan qanunlarıyla mühakimə olunmasına dair çağırışların sayı da artmaqdadır.

Arayik nə zaman həbs oluna bilər? Prokurorluq orqanlarının barəsində cinayət işi qaldırdığı bu terrorçunun Azərbaycan qanunlarıyla mühakimə edilməsi nə vaxt mümkün olacaq? Onun cəmiyyətin arzusuna uyğun olaraq başına torba keçirilərək Bakıya gətiriləcəyi gün nə qədər uzaqdır?

NOCOMMENT xəbər verir ki, yenisabah-ın suallarını cavablayan Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirib ki, əslində, Araik Arutyunyan haqqında cinayət işi qaldırılıb.

Onun sözlərinə görə, onun haqqındakı cinayət işi təkcə Azərbaycan Prokuorluğu vasitəsilə deyil, eləcə də müharibə cinayəti ilə bağlı beynəlxalq səviyyədə və məhkəmələrdə iddia qaldırılmalıdır: “Araik Arutyunyanın özü açıq etiraf edib ki, Gəncə və digər rayonlarda mülki şəxslərin kütləvi insan qırğınına səbəb olacaq ballistik raketlərlə vurulma əmrini məhz özü verib. Bu, müharibə cinayətidir və bundan qaçmaq mümkün deyil. Bu da əsas verir ki, Araik Arutyunyan istənilən bir əməliyyatla həbs olunsun və qolu qandallı Azərbaycana gətirilsin. Sadəcə, bu məsələyə hələlik əngəl törədən Rusiyadır.

Rusiya bu gün bərabərtərəfli olaraq separatçı rejimin başçısı Araik Arutyunyanı rəsmi olaraq tanıyır. Bu, əslində, Rusiyanın separatçı rejimləri dəstəklədiyi anlamına gəlir.

Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci bir tərəfi var ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya-1”ə verdiyi açıqlamada birmənalı şəkildə bildirdi ki, Qarabağda son status həll olunana qədər status-kvo davam edəcək. Bu o deməkdir ki, status həll olunana qədər Qarabağda mövcud separatçı rejimin idarəsi davam edəcək”.

Eskpertin proqnozlarına görə, separatçının hıbs edilməsi üçün Laçın dəhlizi bağlanmalıdır: “Bu məsələləri aradan qaldırmaq üçün Azərbaycanın sözün əsl mənasında həm hüquqi, həm də hərbi cəhətdən hərəkətə keçməsinə ehtiyac var. Bunun üçün düşünürəm ki, Laçın dəhlizinin bağlanması yetərli olacaq. Azərbaycanın da buna, artıq tam imkanı var.

Laçın dəhlizi bağlanarsa, Araik Arutyunyanın Qarabağdan qaçma ehtimalı sıfıra bərabər olacaq. Biz Laçın dəhlizini tamamilə öz nəzarətimizə keçirdiyimiz zaman Azərbaycan əsgərinin, mülki şəxslərimizin qanına əli batmış Araik Arutyunyan, David Babayan, Vitali Balasanyan, Bako Saakyan və digər cinayətkarların, artıq Qarabağdan qaçmaq üçün müxtəlif planlar üzərində işləməsinə başlanılacaq. Belə olan halda biz onları çox rahat bir şəkildə həbs edə bilərik”.

“Bizim orada konkret əməliyyatlar apara bilməyimiz üçün, ilk növbədə, sərhədi bağlamalıyıq. Ondan sonra xəbərdarlıq ediləcək ki, Azərbaycanın nəzarətində qanunsuz erməni silahlı birləşmələri üçtərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq silahları təhvil verərək ya Azərbaycan ərazisini tərk edirlər, ya da ki, tərksilah edilərək həbs olunurlar.

Bu ultimatumdan sonra biz, istənilən bir əməliyyatla Araik Arutyunyan və onun kimilərin qolunu qandallayıb, başına torba keçirərək Azərbaycana gətirə bilərik. Bu da bütün Qarabağdakı ermənilərə ciddi bir dərs olar, hətta mən deyərdim görk olar. Əmin olun ki, belə olan halda Rusiya bunun qarşısında heç bir əngəl törədə bilməz”, – deyə ekspert yekunlaşdırıb.