“Bununla bağlı icra hakimiyyətləri ciddi işlər görməlidir” — Bu ərazilərdə zibil qabları niyə yoxdur?backend

“Bununla bağlı icra hakimiyyətləri ciddi işlər görməlidir” — Bu ərazilərdə zibil qabları niyə yoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda konteynerlər şəhərin özündə demək olar ki, hər yerdə qoyulub. Amma bir az ətraf yerlərdə, Bakının, Abşeronun kəndlərində tullantı qablarına çox az təsadüf olunur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında “Səma və Eko “sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova bildirib.

Ekspert bildirib ki, havalar isindikcə, tullantıların miqdarının artdığına və konteynerlərin vaxtı vaxtında boşaldılmadığına şahid oluruq:

“Bu zibilliklərin həddindən artıq dolub-daşmasına səbəb olur. Amma demək olar ki, Bakının müxtəlif yerlərində zibil qablarına çox yerdə rast gəlirik. Bundan əlavə, sarı, narıncı, yaşıl rənglərdə zibil qutularımız var ki, insanlar hələ bunu tam anlaya bilmir, seçim edə bilmirlər”.

O qeyd edib ki, bu məsələ ilə bağlı insanların özündə də çox böyük problem var:

“İnsanlar zibili aparıb qutunun içinə atmağa ərinirlər, götürüb yerə atırlar. Hələ bununla bağlı tam formalaşa bilməmişik, qutuları belə düzgün seçim edə bilmirik. Bununla bağlı icra hakimiyyətləri ciddi işlər görməlidir”.

Qeyd edək ki, xüsusilə Abşeron rayonu, Saray qəsəbəsindəki tullantı problemi sakinlərin narazılığına səbəb olur.