Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYAbackend

Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aktyor Burak Özçivitin Sərhədçi İdman Olimpiya Mərkəzində iştirak edəcəyi “QARABAĞ – zəfər gecəsi” adlı kikboksinq turnirinin biletlərinin qiyməti müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Səbuhi Musayev Teleqraf.com-a açıqlamasında biletin qiymətlətinin təşkilatçıya aid olduğunu deyib.

“Kikboksinq turnirinə təşkilatçılığı federasiya deyil, Türkiyə şirkəti həyata keçirir. Aktyor Burak Özçivitin dəvət edilməsi şirkət tərəfindən həyata keçirilir. Bilet məsələrinin federasiyaya aiddiyatı yoxdur”, – o bildirib.

Qeyd edək ki, tədbirə biletləri qiyməti 20 manatdan 7500 manatadəkdir.