Buraxılış imtahanında iştirak edən 16 nəfərin nəticəsi ləğv olundubackend

Buraxılış imtahanında iştirak edən 16 nəfərin nəticəsi ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12-13 mart tarixlərində XI siniflərin buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 46115 nəfərdən 626 nəfər imtahana gəlməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunub ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 3 nəfər – Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.