Buraxılış imtahanları ən tez martda KEÇİRİLƏCƏKbackend

Buraxılış imtahanları ən tez martda KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan təqvim 9 və 11 illik bazada buraxılış imtahanları ilə bağlı fəaliyyət planını əks etdirir. Bu proqram əsasında deyə bilərik ki, DİM görüləcək işlərin təqvimini açıqlayır. Bu təqvimə əsasən ölkə üzrə buraxılış imtahanları ən tez halda martda keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təqvimin əsas mahiyyəti orta ümumtəhsil məktəblərinin şagirdlərlə bağlı informasiyanı sistemə daxil etməkdə diqqətli olmasıdır:

“Bəzən şagird-məzun sisteminə məlumat yerləşdirərkən məktəblər gecikir. Bu zaman şagirdlərin buraxılış imtahanında iştirakı müəyyən olunmur. Hər il bu problemlə qarşılaşırıq. Təqvim əsasında deyə bilərik ki, 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları yanvar, fevral ayında keçirilmiyəcək”.