Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi təklif olunubbackend

Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi təklif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.

NOCOMMENT apa-ya istinadla xəbər verir ki, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: “Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, cari tədris ilində bu təklif qəbul edilsin”.