Buraya getmək cəsarət tələb edirbackend

Buraya getmək cəsarət tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Alnwick şəhərində tikilmiş botanika bağı dünyanın ən məşhur və eyni zamanda ən ölümcül bağlarından biridir.

NOCOMMENT xəbər verir ki, Alnwick bağını bu qədər ölümcül edən onun içindəki zəhərli bitkilərdir.

Bu bağın maraqlı hekayəsi də var. Ralph Percy 1995-ci ildə qardaşının ölümündən sonra İngiltərənin şimal-şərqindən Şotlandiya sərhəddinə qədər uzanan Northumberland hersoqu oldu. Onun həyat yoldaşı Ceyn Persi bölgənin hersoginyası elan edildi. Beləliklə, Alnwick Castle Percy Nortumberland bölgəsində hakim ailənin ənənəvi iqamətgahına daxil edildi. İngiltərədəki heç bir binadan çox da fərqlənməyən bu tikili Ceyn Persinin sayəsində dünyanın ən məşhur bağlarından birinə çevrildi.

Jane Percy 1996-cı ildə dünyanın ən mühüm bağlarının dizaynını hazırlayan landşaft memarı Jacques Wirtz ilə işləmişdir. Düşes İtaliyaya səfəri zamanı gördüyü Medici bağlarına bənzər bir bağ istəyirdi və ən əhəmiyyətli xüsusiyyəti çoxlu sayda zəhərli bitki yetişdirilməsi idi.

2005-ci ildə Alnwick Garden ictimaiyyətə açıldı. Burada 100-dən çox zəhərli birki yetişdirilir və nümayiş etdirilir. Bağda zəhərli bitkilərə toxunmaq, iyləmək və yemək qəti qadağandır. Burada elə bitkilər var ki, insanı öldürə bilər. Bitkilərin qoxulanması qaydasına məhəl qoymayan ziyarətçilərdə huşunu itirmə və zəhərlənmə halları ola bilər. Bu səbəbdən ziyarətlər yalnız bələdçi ilə həyata keçirilir.