Burger King-ə haker hücumu edildi – FOTObackend

Burger King-ə haker hücumu edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücumları ilə bağlı sosial şəbəkə hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı paylaşımları ermənilərin etirazından sonra silən “Burger King” şirkətinin saytına haker hücumu olub.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, şirkətin burgerking.az saytına “Haker Ekspert” tərəfindən edilən hücumda İlham Əliyevin fotosu yerləşdirilərək, aşağıdakı açıqlama qeyd edilib:

“Salam, “Burger Kinq!” Ümid edirəm ki, işləriniz qaydasındadır. Amma bizim işlərimiz və əsəblərimiz heç qaydasında deyil. Bilmirik ki, cəbhədəki ermənilərlə savaşaq, yoxsa gözümüzün önündə olub, ermənilərin sözü ilə oturub-duranlarla. Ermənilərin sözü ilə oturub-duranlar dedikdə yəqin ki, bilirsiniz hansı şirkətləri nəzərdə tuturuq. Azərbaycan xalqına bir üzr borcunuz var. Məsələni doğru şəkildə izah edib üzr istəsəniz, bəlkə Azərbaycan xalqı sizi bağışlayar. Əks halda bizim xalq bu tipli şirkətləri öz ölkəsindən qovacaq. Bizim necə qovduğumuzu isə çox gözəl bilirsiniz. Əlavə olaraq, ilk dəfə “az” domenini vurmağa məni məcbur etdiyiniz üçün sizi ayrıca qınayıram. Siz Azərbaycan bayrağının səhifənizdə yerləşməsindən narahat oldunuz, indi də bu paylaşımı saytınızda görüb bir az da belə narahat olun!”

Qeyd edək ki, bir neçə gündür sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı paylaşımları ermənilərin etirazından sonra silən “Burger King”, “Papa Johns”, “Dominos Pizza” və “McDonalds” şirkətinə qarşı boykot çağrışı edilmişdir.