Burkina-Fasonun baş naziri Apolliner Yoahim Quilem de Tambela Rusiya səfiri ilə görüşü zamanı ölkəsinin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə ölkə hökumətinə istinadən məlumat yayıb.
“O, həmçinin Burkina-Fasonun BRİKS-ə qoşulmasının lehinə danışıb… “dollar və avronun hökmranlığına qarşı mübarizə” və “daha ədalətli beynəlxalq ticarətə” nail olmaq üçün”, agentlik hesabatdan sitat gətirir.
Bundan əvvəl Burkina-Fasonun baş nazirinin oktyabrda Rusiyaya səfər edəcəyi məlum olub.