“Bütün bu məsələlər İran da daxil olmaqla…” – Zaxarovadan Bakı və Tehran arasındakı gərginliyə REAKSİYAbackend

“Bütün bu məsələlər İran da daxil olmaqla…” – Zaxarovadan Bakı və Tehran arasındakı gərginliyə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, Azərbaycan və İran sərhədində gərginliyin azaldılmasının tərəfdarıdır”.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib:

“Əminik ki, iki ölkə arasındakı bütün məsələlər yalnız siyasi və diplomatik yollarla həll edilməli, fikir ayrılıqları mehriban qonşuluq ruhunda aradan qaldırılmalıdır. Biz də öz növbəmizdə Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün səy göstəririk. Əlbəttə ki, bütün bu məsələlər İran da daxil olmaqla bütün region dövlətlərinin maraqları nəzərə alınmaqla həllini tapmalıdır” – deyə Zaxarova fikirlərini tamamlayıb.