Bütün CIA işçilərinin istefaya göndərilməsi tələb olunubbackend

Bütün CIA işçilərinin istefaya göndərilməsi tələb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bütün işçilərə təzminat müqabilində istefa vermək imkanı təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

İşə xitam verildikdən sonra işçilər əlavə səkkiz aylıq əmək haqqı alacaq. CIA  işçilərinin ixtisarının ABŞ prezidenti Donald Trampın qarşıya qoyduğu məqsədlərə nail olmaq kontekstində həyata keçirildiyi vurğulanır. Bu vəzifələrdən biri hökumət aparatının miqyasını azaltmaq, digəri isə CIA-nın fəaliyyət sahələrindən biri olan narkotik kartellərinə qarşı mübarizəni gücləndirməkdir.

Bundan əvvəl Tramp ofisdən kənarda işləyən ABŞ hökumət rəsmilərini də işdən çıxaracağını bildirib.  Eyni zamanda, Amerika lideri evdən işləyən federal işçilərin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmədiklərini ifadə edib.\\Unikal