Bütün duet ortaqları eşq yaşayır – atmacası kimə ünvanlanıb?backend

Bütün duet ortaqları eşq yaşayır – atmacası kimə ünvanlanıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anamın dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edib, xoşagəlməz rəylər yazırlar. Mən bunun əleyhinəyəm. Valideynlər də bizimdir, şəhidlər də. Mənim anam balalarından ötrü özünü şəhid edib, nəinki mənim bütün analar. Hər kəs öz ailəsində itki dərdini çəkir. Bizim də qohum-əqrabadan müharibə bölgəsində iştirak edib, hələ də evinə qayıtmayan döyüşçülər var. Yaralanıb gələni də oldu”

NOCOMMENT xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova bildirib. Sənətçi daha sonra əlavə edib.

“Mənim üçün yazırlar ki, 67 yaşı var, ağlayıb özünü gülünc vəziyyətə qoyub! Mənim 67 yaşım var deyə anama görə ağlamamalıyam? Mən bundan sonra heç bir verilişə gedib, anam haqda danışmayacağam. Mənə sual ünvanlayırlar, danışmamalıyam? Danışmayım, bəs neyləyim? Bu cür sözlərlə adamın qəlbinə toxunurlar. Mən demirəm bütün izləyicilərim mənfi rəy yazır, amma içlərində bu cür naxələfləri də var. Sənət fədailərini də qatırlar sənətdə olmayan, amma adı sənətdə gedənlərin sırasına!

Amma bu çətin günlərdə mənə sənət yoldaşlarım, əziz dostlarım çox böyük dəstək oldular. Onların haqqını itirə bilmərəm. Bilirsiz ki, pandemiyadır, biz yas məclisi vermirik. Zəng edib telefonla baş sağlığı verib, dəstəklərini bildirirlər. Onların hamısına təşəkkür edirəm”, – deyə Firuzə İbadova bildirib.

Mənzurə Musayevanın bu günlərdə – “Bütün duet ortaqları eşq yaşayır”, – açıqlamasını da əməkdar artistin yadına salırıq. Firuzə İbadova Mənzurə Musayevanın açıqlamasına bu cür cavab verib.

“Sözün düzü, mənim Mənzurə xanımın bu açıqlamasından xəbərim yoxdur. Mənzurə xanım bu sözü deyib, kim özünə götürsə demək ki, o sözün yiyəsi həmin şəxsdir. Bu sözün mənə aidiyyəti yoxdur, mən onu özümə götürmürəm. Bu təklifdir də.

Allah Habil Əliyevə rəhmət etsin! İki nəfər bir-birini təhqir edir, Habil müəllim soruşur ki, niyə əsəbləşirsən? Deyir ki, görmürsən məni təhqir edir? Habil Əliyev deyir ki, o sənə təklif edir də, sən özünə götürmə. Mənzurə xanım bilir kimi nəzərdə tutub, kimin ünvanına göndərir bu sözü. Mən sənət üçün çalışmışam, sənətimdən başqa heç nə əldə etməmişəm”, – deyə əməkdar artist bildirib.