Bütün şagirdlər üçün məktəb geyimi pulsuz ola bilər – VACİB AÇIQLAMAbackend

Bütün şagirdlər üçün məktəb geyimi pulsuz ola bilər – VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son illərdə təhsil sahəsində ölkə miqyasında bir sıra böyük layihələr icra olunub. Bu layihələrin bir çoxu yalnız tədris yönümlü deyil, həm də sosial xarakter daşıyır”.

NOCOMMENT.az bildirir ki, bu fikirləri təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri KONKRET.az-a açıqlamasında səsləndirib.

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

Beynəlxalq təcrübələrdə təhsilin inkişafı üçün sosial dəstək mexanizmlərinə xüsusi önəm verilir:

“Bir çox ölkələrdə uşaqların təhsilə cəlb olunması məqsədilə dövlət onların sosial təminatını gücləndirir. Məsələn, bəzi ölkələrdə dərs ilindən əvvəl hər şagirdə planşet paylanılır. Bu, təkcə tədris deyil, sosial dəstək baxımından da mühüm addımdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da gələcəkdə bu istiqamətdə yeni addımların atılması gözlənilir və məktəbli formalarının dövlət tərəfindən qarşılanması da istisna deyil:

“Çox istərdik ki, orta təhsil seqmentimizdə bu cür nümunələrin sayı artsın. Yaxın gələcəkdə məktəbli formalarının dövlət hesabına təmin olunacağı da mümkündür. Çünki bu məsələ bir çox ailələr üçün ciddi problemə çevrilib. Həm maddi, həm zaman, həm də psixoloji baxımdan. Forma ilə bağlı elə qaydalar mövcuddur ki, onlar valideynlərin böyük əksəriyyətini qane etmir. Buna görə də gələcəkdə məktəb geyimləri ilə bağlı həm maddi yükün azaldılması, həm də tələblərin yumşaldılması zəruridir”.

Beləliklə, ekspert hesab edir ki, yaxın 5-10 ildə dövlətin bütün şagirdlər üçün məktəb geyimini pulsuz təmin etməsi tam realdır və bu, təhsil sektorunda sosial yönümlü islahatların davamı ola bilər.