Bütün Ukrayna Rusiyaya birləşdirilsin – Jirinovskibackend

Bütün Ukrayna Rusiyaya birləşdirilsin – Jirinovski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün Ukrayna Rusiyaya birləşdirilsin”.

NOCOMMENT.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu LDPR rəhbəri Vladimir Jirinovski deyib. O bildirib ki, “LXR” və “DXR”-in tanınması heç nəyi dəyişməyəcək və Ukraynada rusların qorunmasına kömək etməyəcək, sadəcə olaraq yeni sanksiyalara səbəb olacaq.

Kommunist Obuxov RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Kommunist Partiyası fevralda LPR və DXR-in tanınması ilə bağlı prezidentə müraciət layihəsinə baxmağı Dövlət Duması Şurasına təklif edəcək.
Jirinovski isə bütün Ukraynanı Rusiyaya birləşdirməyi təklif edib. O əlavə edib ki, onun partiyasının bütün üzvləri bu fikri dəstəkləyirlər.

“Liberal Demokrat Partiyasının mövqeyi ondan ibarətdir ki, bütün Ukrayna yenidən Rusiyanın tərkibinə daxil olmalıdır”, – Jirinovski bildirib.
konkret.az