Buzovna qayalıqları məhv edilir: Sakinlər Prezidentə müraciət etdilər – VİDEObackend

Buzovna qayalıqları məhv edilir: Sakinlər Prezidentə müraciət etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzovna qəsəbəsinin ərazisində yerləşən qayalıqların əksəriyyəti qanunsuz olaraq zəbt edilərək məhv edilməkdədir. 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Buzovna TV” “YouTube” kanalı məlumat yayıb.

Bildirilib ki, müxtəlif şəxslər tərəfindən qayalıqlar qanunsuz məhv edilir, yerində yeni tikililər inşa olunur.

Buzovna qəsəbəsinin bir qrup sakini bununla bağlı Prezidentə müraciət edib.

Müraciətdə bildirilir:

“Biz, qayalıqlarımızı səmimi qəlbdən sevən yerli sakinlər daha buna dözə, göz yuma bilmirik. Qayalıqlarımızın azadlığı üçün Prezidentə bu video vasitəsilə hesabat verir, dövlətin mülkiyyəti sayılan sahil zolağındakı qayalıqların azad olunması və dövlətin mühafizəsinə alınması üçün sərəncam verməsini xahiş edirik!”

Ətraflı videonu təqdim edirik: