BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladıbackend

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa iqtisadiyyatı yalnız enerji təchizatından asılı olduğu müddətcə həssas olaraq qalır.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

“Son qaz tədarükü şokunun göstərdiyi kimi, Avropa qalıq yanacaq idxalından asılı olduğu müddətcə həssas olaraq qalır”, deyə Georgiyeva bildirib

O əlavə edib ki, Avropa bərpa olunan mənbələrin inkişafı üzərində işləməlidir.

Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Rusiyaya qarşı sanksiyaların Avropaya zərər vurduğunu bildirmişdi.

Eyni zamanda, Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın ÜDM dinamikası ilə bağlı proqnozunu yaxşılaşdırıb. Fond ekspertlərinin yeni hesablamalarına görə, 2024-cü ildə Rusiya iqtisadiyyatının artımı 3,2% təşkil edəcək. Bu, əvvəlki yanvar proqnozundan 2 dəfə çoxdur – 1,5%.