Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.
O bildirib ki, Cabir İmanov mağazasında öz əl işlərini satırmış.
“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirim. Buradakı hər bir şey – “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır”, – deyə Bəhram Bağırzadə əlavə edib.
Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib.












