Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdən dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, gəmilərin fəaliyyətini dayandırmasına səbəb Çanaqqalada davam edən meşə yanğınları olub.
Xatırladaq ki, Çanaqqalanın Damyeri bölgəsində başlayan meşə yanğını ilə mübarizə 24 saatdan artıqdır ki, hava və quru işləri ilə davam edir.
Küləyin təsiri ilə alov mərkəzin Yağcılar və Aşağıokçular kəndləri arasındakı meşəlik ərazidə yenidən yüksəlməyə başlayıb.
Jandarma qrupları həmçinin kəndlərdə təhlükəsiz keçidi təmin edir ki, quru qrupları yanğın yerinə problemsiz daxil ola bilsinlər. Digər tərəfdən yanğında zərər görən elektrik və telefon dirəklərinin zərər təsbiti də qruplar tərəfindən edilir.