Çanaqqalanın Ayvacık rayonunda meşə sahəsində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, Ayvacıkda yanğın saat 18.25 radələrində rayonun Baharlar kəndi ərazisindəki meşə massivində baş verib.
Yanğın Küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılıb. Xəbərdarlıq üzərinə Çanaqqala Bölgə Müdirliyinə aid 2 ilk müdaxilə maşını, 8 su tankeri, 2 su təchizatı maşını, 1 dozer, 2 helikopter, 2 təyyarə, 8 xidmət maşını, 1 qoşqu, 1 bələdiyyə yanğınsöndürmə bölməsi və ümumilikdə 92 personal cəlb olunub. Havadan və qurudan intensiv müdaxilədən sonra yanğın nəzarət altına alınıb.