Türkiyənin Çanaqqala bölgəsinin Biga rayonunda meşəlik ərazidə başlayan yanğına havadan və qurudan müdaxilə edilir.
NOCOMMENT.az xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan alovdan ətrafdakı insanlar sürətlə qaçıblar.
Vəziyyəti qruplara bildirən vətəndaşlar meşəlik ərazidə təsirli olan yanğının yayılmasının qarşısını almaq üçün traktorları ilə müdaxilə etməyə başlayıblar.
Xəbərdarlıqdan sonra Çanaqqala Meşə Region Müdirliyi səlahiyyətliləri və ətraf bələdiyyələrdən xilasedicilər hadisə yerinə göndərilib.
Ekipajlar təyyarə, helikopter həmçinin su nasosları və digər texnikalar ilə alovu idarə etmək üçün böyük səy göstərirlər.
NOCOMMENT.AZ