ABŞ-ın Qərbi Virciniya ştatının Dunbar şəhərində canlı yayım zamanı müxbirin başına iş gəlib. Yerli televiziya kanallardan birinə canlı bağlanan müxbiri avtomobil vurub. Hadisə anı efirdə yayımlanıb.
NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, daha sonra müxbir yıxıldığı yerdən qalxaraq yayımını davam etdirib.
Amerikalı jurnalist – “Bütün həyatım gözümün önündən keçdi”, – deyərək, canlı bağlantısına davam edib.
Müxbirin bu hərəkəti sosial mediada gündəm olub.