Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldıbackend

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

“O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb”, – DİN rəsmisi qeyd edib.