CAR millisinin üzvü faciəli şəkildə dünyasını dəyişdibackend

CAR millisinin üzvü faciəli şəkildə dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika millisinin sabiq müdafiəçisi Papi Xomani faciəli şəkildə ölüb.

NOCOMMENT.az Fanat.Az-a istinadən xəbər verir ki, 48 yaşlı veteran futbolçu ailəsi ilə birlikdə yol qəzasında dünyasını dəyişib. Avtomobildə olan Xomanenin anası da qəzadan sağ qurtulmayıb.

Hadisə onlar Kvazulu-Natalda dəfn mərasiminə gedərkən baş verib.

Xomanenin son klubu “Orlando” olub. O, sözügedən klubda 150-dən çox oyuna çıxıb. Mərhum son vaxt televiziyada futbol analitiki olaraq çalışıb. Müdafiəçi Cənubi Afrika millisində 9 oyun keçirib.