Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuadera bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüş Rusiya ilə əməkdaşlığı gücləndirmək üçün fürsət olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Hesab edirəm ki, Rusiyaya səfər və prezident Vladimir Putinlə görüş əməkdaşlığımızı gücləndirmək üçün fürsətdir”, – Tuadera bildirib.
Eyni zamanda o, iki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlığa xüsusi diqqət çəkib.
Daha əvvəl Putin bildirib ki, Moskva lazım gələrsə, CAR-a humanitar yardım göstərməyə davam etməyə hazırdır.