Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umurbackend

Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampdan kömək istəyib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, çarəsiz qalan Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib.

Robert Obrayn ona Donald Trampla telefon danışığı vəd etsə də, ABŞ prezidentinin koronavirusa yoluxmasından sonra sözügedən danışıq baş tutmayıb.

Zəng zamanı N.Paşinyan xüsusilə Türkiyəyə məxsus ABŞ istehsalı F-16-lardan münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən dilə gətirib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu iddiasını təkzib edib.