2025-ci ilin yanvar-fevral aylarında ölkədə 19072,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdu.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb.
ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22,0 %-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM isə 1864,7 manata bərabər olub.\\Valyuta.Az