CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxılacaq günü təyin etdibackend

CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxılacaq günü təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.

NOCOMMENT.az xəbər verir ki, dinləmələr 8 oktyabra təyin edilib.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.