Çasov Yar şəhərinin dağılmış halı – VİDEObackend

Çasov Yar şəhərinin dağılmış halı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərinin ən son görüntüləri yayılıb.

NOCOMMENT.az manset.az-a istinadən xəbər verir ki,görüntülər Ukrayna ordusu tərəfindən pilotusz uçuş aparatı vasitəsilə lentə alınıb.

Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil edir.

2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşayıb.

Qeyd edək ki, 2023-cü ilin sonlarından Rusiya Silahlı Qüvvələri Çasov Yar şəhəri istiqamətində geniş miqyaslı hücum əməliyyatları keçirib. Bu ilin əvvəlindən etibarən Çasov Yar istiqamətində quru hücumlarını bərpa edib.