“Caspian Global Logistics” bəyannaməni vaxtında təqdim etmədiyinə görə cərimə olundubackend

“Caspian Global Logistics” bəyannaməni vaxtında təqdim etmədiyinə görə cərimə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Caspian Global Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Yasamal Rayon Məhkəməsində baxılacaq.