“Casus” balina bu dəfə İsveç sahillərində göründübackend

“Casus” balina bu dəfə İsveç sahillərində göründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Norveçdə görülən və Rusiya donanmasının öyrətdiyi “casus” balina olduğu iddia edilən ağ balina bu dəfə İsveç sahillərində görüntülənib.

NOCOMMENT.az xəbər verir ki, ilk dəfə Norveçin Finnmark bölgəsində kəşf edilən balina bazar günü İsveçin cənub-qərb sahilindəki Hunnebostrand bölgəsində aşkar edilib.

Dəniz bioloqu Sebastian Strand balinanın təbii mühitdən sürətlə uzaqlaşdığını və bunun səbəbinin bilinmədiyini bildirib.

“Bu, onu həyat yoldaşı tapmağa sövq edən hormonlar ola bilər. Ya da beluqa balinaları sosial növ olduğu üçün tənhalıq ola bilər.” deyə Strand bildirib.

Qeyd edən ki, sözügedən balina ilk dəfə Norveçdə peyda olanda Norveç Balıqçılıq İdarəsinin dəniz bioloqları ona bağlanmış süni bir kəmər tapıblar.

Kəmərdə hərəkət kamerasının bağlana biləcəyi mexanizm və üzərində “Avadanlıq Sankt-Peterburq” yazısı olan plastik broş var idi.

Moskva isə balinanın “rus casusu” olması ilə bağlı iddialara rəsmi cavab verməyib.

NOCOMMENT.AZ