Casusluqda ittiham olunan ermənilərə hökm oxundubackend

Casusluqda ittiham olunan ermənilərə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında hər iki şəxsin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

NOCOMMENT.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, həmin şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.