Cavid Paşayev direktor TƏYİN EDİLDİbackend

Cavid Paşayev direktor TƏYİN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Cavid Nazim oğlu Paşayev Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

NOCOMMENT.az-ın məlumatına görə Cavid Paşayev səhiyyə nazirinin müavini İlqar Qasımov tərəfindən Tədris Cərrahiyyə Klinikasının kollektivinə təqdim olunub.

Yeni təyinatla bağlı NOCOMMENT.az-a açıqlama verən Cavid Paşayev tibb sahəsindəki inkişaf, gənc kadrlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda göstərilən etimad və inamdan dolayı Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

Dr. Cavid Paşayev
Dr. Cavid Paşayev

Qeyd edək ki, C.Paşayev Tədris Cərrahiyyə Klinikasına təyinatına qədər Yeni Klinikanın direktor vəzifəsini icra edən, baş həkim vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Cavid Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2003-2004-cü illərdə M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında başlayıb.

2005-2007-ci il ərzində Kliniki Tibbi Mərkəzdə, 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq olaraq fəaliyyət göstərib.

Daha sonra 2014-2021-ci illərdə ATU Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2021-2022-ci illərdə isə Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifələrində çalışıb.