Süni Mayalanma və Hüquqi Boşluqlar: Azərbaycan Saglamlıgına Gələcək Təhlükə.
NOCOMMENT.az xəbər verir ki, bu barədə bu barədə Bakı Sağlamlıq Mərkəzində Baş həkim müavini, TƏBİB tabeliyində fəliyyət göstərən Yeni Klinikada Baş həkim vəzifəsində, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktor vəzifələrində çalışmış Anestezioloq-reanimatoloq Cavid Paşayev öz feysbuk hesabında paylaşım edib.

Son aylarda Azarbaycan ictimaiyyətində tibbi səhədə geniş müzakirələr doğuran mövzulardan biri saxta sənədlərlə fəaliyyət göstərən plastik cərrahlarla bağlıdır. Təəssüf ki, bu cərrahların vurduğu ziyanlar fiziki baxımdan da, psixoloji baxımdan da dərhal görünür.
Amma daha az görünən, lakin daha dərin və uzunmüddətli təsiri olan bir məsələ də var: süni mayalanma və onun hüquqi tənzimlənməsindəki boşluqlar.
Bu məsələni gündəmə gətirmək heç də reproduktiv sağlamlıq sahəsində çalışan həkimlərin işinə kölgə salmaq va ya onların fəaliyyətini şübhə altına almaq məqsədi daşımır. Əksinə, məsələ ondadır ki, bu qədər həssas və cəmiyyətin genetik gələcəyini birbaşa təsir edən bir proses yalnız fərdi həkim vicdanına buraxıla bilməz.
Reproduktiv sağlamlığla bağlı qanun boşluğu.
Hazırda Azərbaycanda reproduktiv sağlamlıq və süni mayalanma ilə bağlı ayrıca bir qanun yoxdur. Halbuki bu sahə insan hüquqları, ailə dəyərləri və genetik təhlükəsizlik baxımından ciddi tənzimləmə tələb edir. Məlumdur ki, 2017-ci ildən etibarən süni mayalanma ilə bağlı reklamların yayımı qanunla qadağan edilib. Amma bu qadağa real nəzərət mexanizmi olmadan sadəcə formal bir bənd olaraq qalır. Reklamsız da olsa, bu xidmətlər geniş şəkildə təqdim olunur. Kimlər tərəfindən, hansı tibbi va hüquqi əsasla?

Genetik müşahidə və sosial risklər.
Ən qorxulusu isə budur: Bu sahənin tənzimlənməməsi naticəsində yaxın gələçəkdə irsi problemlərin, yanlış donor seçimlərinin və hətta qohumlar arasında fərqinə varmadan baş tutan nigahların sayı artacaq. İyirmi il sonra nə qədər bacı-qardaşın bir-birinə xəbərsiz ailə quracağını, bu ailələrdə doğulacaq usaqların hansı risklərlə üzləşəcəyini indidən hesablamaq belə mümkün deyil. Bəs bu zaman bunun məsuliyyətini kim daşıyacaq?