Çavuşoğlu: Gəmini qaçıran quldurlardan xəbər yoxdurbackend

Çavuşoğlu: Gəmini qaçıran quldurlardan xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəmi dünən axşamdan etibarən limana yaxınlaşdı. Prezidentimiz prosesi əvvəldən izləyir”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, indiyə qədər quldurlardan bir xəbər yoxdur.

“İndiyə qədər quldurlardan bir xəbər yoxdur. Dördüncü kapitanımız gəmidə qalır. Xüsusilə, Qabon Müdafiə Nazirliyi tərəfindən mühafizə üçün əlavə heyət cəlb olunub. Gəmiyə sahib olan şirkət də bütün hazırlıqlarını görüb. Ancaq quldurlardan nə ailələrinə, nə bizə, nə də şirkətə xəbər gəlməyib. Hələ əlaqə qurmayıblar, görüş olmayıb. Ancaq prosesi izləyirik”, – deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Motsart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıblar.