Çavuşoğlu israilli həmkarı ilə DANIŞDIbackend

Çavuşoğlu israilli həmkarı ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən yazılı açıqlama verilib.

“Danışıq zamanı Məscidül-Əqsa kontekstində baş verən son hadisələr müzakirə edilib. Nazir Çavuşoğlu, İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kimin Məscid-i Əqsaya buraxılmaması qərarını gərginliyin azaldılması baxımından müsbət qiymətləndirdiyini ifadə edərək, Məscidül-Əqsada təxribatların təkrarlanmamasının lazım olduğunu vurğulayıb. Çavuşoğlu Türkiyənin də gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini bildirib.” deyə açıqlamada qeyd edilib.

NOCOMMENT.AZ