Çavuşoğlu İsveçi konkret addımlar atmağa çağırdıbackend

Çavuşoğlu İsveçi konkret addımlar atmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Çavuşoğlu İsveçi Üçlü Memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorla mübarizədə konkret addımlar atmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç xarici işlər naziri Tobias Billströmün Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirləri toplantısı ilə bağlı Tvitter-də açıqlamalarına cavab verib.

“İsveçli dostlarımıza çox aydın mesaj! Üçtərəfli Memorandum üzrə öhdəliklərinizi yerinə yetirin və terrorla mübarizədə konkret addımlar atın. Yalnız bundan sonra digər məsələlər həll olunacaq” deyə Çavuşoğlu qeyd edib.

NOCOMMENT.AZ