Çavuşoğlu isveçli həmkarı ilə görüşdübackend

Çavuşoğlu isveçli həmkarı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Xarici İşlər Nazirləri Toplantısı üçün Brüsseldə olan Türkiyənin xarici işlər naziri Çavuşoğlu ikitərəfli təmaslarını davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Mövlud Çavuşoğlu Brüsseldə İsveçin xarici işlər naziri Tobias Billström ilə ikitərəfli görüşü zamanı İsveçin NATO-ya üzv olmaq üçün atmalı olduğu addımları xatırladıb.

Çavuşoğlu “Twitter” hesabında isveçli həmkarı Billströmə NATO-ya üzv olmaq üçün atmalı olduqları addımları xatırlatdığını bildirib.

“Terrorla mübarizədə nəticəyönümlü əməkdaşlıq vacibdir” deyə o qeyd edib.

NOCOMMENT.AZ